Uşaq Sağlamlığı

Uşaqlarda Diş Qıcama və Ağızdan Su Gəlməsi: Parazit Əlamətləridir?

Qurd problemi ilə bağlı ən çox rast gəlinən əlamətlərdən biri diş qıcama və ağızdan su gəlməsidir.

Uşaqlarda Diş Qıcama və Ağızdan Su Gəlməsi: Parazit Əlamətləridir?

Qurd (parazit) problemi ilə bağlı ən çox rast gəlinən əlamətlərdən biri diş qıcama və ağızdan su gəlməsidir. Xüsusilə gecə saatlarında dişlərin sıxılması, səbəbsiz narahatlıq və artan tüpürcək ifrazı bu vəziyyətə işarə edə bilər.

Bu əlamətlər tək bir səbəbdən yox, müxtəlif problemlərdən qaynaqlana bilər: parazitar infeksiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, Helicobacter pylori infeksiyası, müxtəlif infeksiyaların ağırlaşmaları, sidik yolları infeksiyaları.

Ən kritik məqam odur ki, bu simptomlar bir-birinə çox bənzəyir. Təxmini diaqnoz qoymaq ciddi səhvdir. Valideynlərin ən çox etdiyi səhvlərdən biri şikayətləri yüngül qəbul etmək və ya ev şəraitində özbaşına müalicəyə başlamaqdır. Bu yanaşma xəstəliyin gizli şəkildə irəliləməsinə səbəb olur.

Əgər övladınızda bu kimi şikayətlər müşahidə olunursa, gecikmədən müayinə və düzgün differensial diaqnostika üçün həkimə müraciət edin.

← Bütün məqalələr Onlayn Növbə
Oxşar yazılar

Bunlar da maraqlı ola bilər