Parazitologiya

Azərbaycanda Ən Çox Yayılmış 3 Bağırsaq Paraziti

Bağırsaq parazitləri düşündüyünüzdən daha yayğındır və çox vaxt gizli simptomlarla özünü göstərir.

Azərbaycanda Ən Çox Yayılmış 3 Bağırsaq Paraziti

Bağırsaq parazitləri düşündüyünüzdən daha yayğındır və çox vaxt gizli simptomlarla özünü göstərir. Hazırda Azərbaycanda ən çox rast gəlinən parazitlər aşağıdakılardır.

Enterobioz (Qıl Qurdu): Xüsusilə uşaqlarda yayılır. Şəxsi gigiyena qaydalarının pozulması yolu ilə yoluxur. Əlamətləri: anal nahiyədə qaşıntı (xüsusilə gecələr), yuxusuzluq və narahatlıq, qarın ağrıları, ürəkbulanma və ağızdan su axması. Diaqnostika perianal lent testi vasitəsilə aparılır (3 dəfə təkrarlanır). Müalicə bütün ailə üzvlərini əhatə etməlidir; yataq dəstləri qaynar su ilə yuyulmalıdır.

Askarid: Torpaq vasitəsilə yoluxur. Nazik bağırsaqda yaşayır, larva formaları ağciyər və digər orqanlarda yerləşə bilir. Əlamətləri: qarın ağrısı, ürəkbulanma və qusma, ishal, halsızlıq, uşaqlarda boy və çəki geriliyi. Ən təhlükəli ağırlaşma bağırsaq mənfəzinin tutulmasıdır.

Lyamblioz: Giardia lamblia incə bağırsağın yuxarı nahiyələrində məskunlaşır. Əlamətləri: pis iyli sulu yağlı ishal, qarın ağrısı və meteorizm, ürəkbulanma və iştahsızlıq, yorğunluq, allergik dermatozlar, uşaqlarda dehidratasiya və inkişaf geriliyi, bəzi insanlarda laktoza dözümsüzlüyü. Müalicə olunmadıqda xroniki formaya keçir.

Bu parazitlər qarın ağrısı, ürəkbulanma, halsızlıq, dəri problemləri və anemiya kimi əlamətlərlə özünü göstərə bilər. Dəqiq diaqnoz və müalicə üçün infeksionist-parazitoloqa müraciət edin.

← Bütün məqalələr Onlayn Növbə
Oxşar yazılar

Bunlar da maraqlı ola bilər