CRP və EÇS analizləri çox vaxt eyni məqsədlə istənilir. Lakin onların verdikləri məlumat fərqlidir və bunu bilmək vacibdir.
CRP (C-Reaktiv Protein): Qaraciyər tərəfindən istehsal olunur və orqanizmdə iltihab başlayan kimi sürətlə yüksəlir. Bu analiz daha çox "hazırda nə baş verir?" sualına cavab verir. Kəskin infeksiyalar, bakterial proseslər və ani iltihab hallarında daha həssas göstəricidir.
EÇS (Eritrosit Çökmə Sürəti): Eritrositlərin çökmə sürətini ölçür və daha dolayısı ilə iltihabı əks etdirir. Gec yüksəlir və gec də normaya qayıdır; daha çox son dövrdə baş vermiş və ya xroniki proseslər haqqında fikir verir.
Vacib məqam: Bu analizlər diaqnoz qoymur. Sadəcə bədəndə iltihab olub-olmadığını göstərir. Səbəbi anlamaq üçün klinik vəziyyət və digər müayinələr mütləq nəzərə alınmalıdır.
