Tibbdə profilaktik müayinələr xüsusi yer tutur. Uşaq yaşlarında aparılan bu müayinələr hazırkı və irəli yaşlarda meydana gələ biləcək xəstəliklərin qarşısının alınmasını təmin edir.
Parazitar xəstəliklərin profilaktikası xüsusən 18 yaşa qədər əhalinin sağlamlığının qorunması üçün vacibdir. Əsas profilaktik müayinələr: ümumi qan və nəcis analizləri; perianal lent testi; seroloji parazitoloji testlər; qaraciyər funksional paneli (ildə ən azı 1 dəfə).
Niyə qaraciyər müayinəsi vacibdir: Qaraciyər funksional paneli zədələnmə, fibroz, sirroz və hepatitlərin təyini üçün aparılır. ALT və AST göstəricilərinin normadan yüksək olması zədələnmənin dərəcəsini göstərir. Yüksəklik müşahidə olunan hallar: qaraciyər yağlanması, viral hepatitlər, kontrolsuz dərman istifadəsi, spirtli içki qəbulu, ürək çatışmazlığı, şəkərli diabet. Qaraciyər durumunuzu ən azı ildə bir dəfə yoxlatmaq tövsiyə olunur.
