Xidmətlər

Laborator Diaqnostika

Müasir laboratoriyamız parazitoloji, hematoloji, biokimyəvi, immunoloji, PZR, hormonal və mikrobioloji analizləri yüksək dəqiqliklə yerinə yetirir.

Laborator Diaqnostika

Haqqında

Klinikamızın müasir laboratoriyası bütün analiz qruplarını yüksək dəqiqliklə yerinə yetirir. İş rejimi həftənin 1-6-cı günləri saat 08:00 və 17:00 arasındadır.

Analizdən əvvəl hazırlıq: Bütün analizlər acqarına verilməyi tələb etmir. Acqarına və səhər saatlarında verilməli olanlar: dəmir analizi, lipid panel (xolesterin), şəkər paneli. Günün istənilən saatında verilə bilənlər: ümumi qan analizi, qan qrupu, əksər hormon analizləri, böyrək testləri, laxtalanma testləri.

Elektron nəticə: Analiz nəticələrinizi elektron formada da əldə edə bilərsiniz. Bu, nəticələri istənilən digər həkimə asanlıqla göndərmək imkanı yaradır.

Üstünlüklər və əhatə dairəsi

  • Parazitoloji müayinələr: nəcis analizi, perianal lent testi, qan seroloji testlər
  • Ümumi və biokimyəvi: qan analizi, qaraciyər/böyrək testləri, lipid və şəkər paneli, CRP, EÇS
  • İmmunoloji və seroloji: IgE/IgM/IgG, TORCH paneli, avtoimmun panellər
  • PZR: virus DNT/RNT (Hepatit B, C, HIV, HPV), bakteriya və parazit DNT
  • Hormonal: tiroid, cinsiyyət hormonları, insulin, reproduktiv hormonlar
  • Mikrobiologiya: hepatit markerləri, HIV, sifilis (RPR, TPHA), bakterioloji əkmə

Sual-Cavab

Hər analiz acqarına verilməyi tələb etmir. Dəmir, lipid və şəkər paneli acqarına verilməlidir; ümumi qan, qan qrupu, əksər hormonlar və böyrək testləri günün istənilən saatında verilə bilər.
Davamı

Əlaqəli xidmətlər

Parazitologiya Xidmətləri

Parazitologiya Xidmətləri

Bağırsaq, toxuma və dəri parazitlərinin dəqiq diaqnostikası və etioloji müalicəsi. Uşaqlarda parazit müalicəsinə xüsusi yanaşma.

Parazitoloji Check-Up

Parazitoloji Check-Up

İldə bir dəfə, xüsusilə uşaqlar üçün tövsiyə olunan kompleks profilaktik müayinə paketi. Erkən aşkarlama ağırlaşmaların qarşısını alır.