İnfeksion Xəstəliklər

Antibiotik Müalicəsi: Səhv Etməyin

Antibiotiklər həkim təyinatına uyğun dozada və müddətdə qəbul olunmalıdır.

Antibiotik Müalicəsi: Səhv Etməyin

Antibiotiklər həkim təyinatına uyğun dozada və müddətdə qəbul olunmalıdır. Özbaşına dozanı azaltmaq və ya dərmanı yarıda kəsmək heç bir halda doğru deyil.

Niyə antibiotiki yarıda kəsmək olmaz: Yarıda kəsilmə bakteriyaların tam məhv olmamasına və sağ qalan bakteriyaların mutasiyaya uğrayaraq rezistentlik əmələ gətirməsinə səbəb olur. Bu, həm fərd, həm də cəmiyyət üçün antibiotik rezistentliyi probleminə yol açır.

Uşaqlarda antibiotik istifadəsi: Temperatur qalxan kimi özbaşına antibiotik müalicəsinə başlamaq ciddi səhvdir. Qızdırma çox zaman orqanizmin infeksiyaya cavab reaksiyasıdır. Virus infeksiyalarında antibiotik təsirsizdir və lazımsız istifadəsi bağırsaq florasına zərər verir. Səbəbi qiymətləndirmək üçün müşahidə, pediatr müayinəsi və lazım olduqda ümumi qan analizi, leykoformula, CRP vacibdir.

Antibiotik təyini zamanı nəzərə alınanlar: xəstənin yaşı, çəkisi, yanaşı xəstəliklər, allergik anamnez, ümumi qan dəyərləri, qaraciyər və böyrək funksional testləri — çünki bəzi antibiotiklər böyrəkdə, digərləri qaraciyərdə dəyişikliklərə səbəb ola bilər.

Ramazan ayında antibiotik: Oruc tutan şəxslər qəbul saatlarını iftar və sahur vaxtlarına sala bilərlər. Lakin uzun aclıqdan birbaşa sonra antibiotik qəbulu mədə-bağırsaq şikayətlərinə səbəb ola bilər — saat və dozalar üçün həkimlə məsləhətləşin.

← Bütün məqalələr Onlayn Növbə
Oxşar yazılar

Bunlar da maraqlı ola bilər