İnfeksion Xəstəliklər

Linza İstifadəsi və Göz İnfeksiyaları

Göz linzaları ilə düzgün rəftar qaydalarına riayət etmədikdə göz müxtəlif infeksiyalara yoluxa bilər.

Linza İstifadəsi və Göz İnfeksiyaları

Göz linzaları ilə düzgün rəftar qaydalarına riayət etmədikdə göz müxtəlif infeksiyalara yoluxa bilər. Bunlara bakterial, göbələk və parazitar xəstəliklər aiddir ki, onlar hətta korluqla nəticələnə bilər.

Simptomlar: ağrı və sancma, sulanma və qızartı, işığa həssaslıq, göz qapaqlarının şişməsi, axıntı.

Düzgün istifadə qaydaları: yatanda mütləq linzaları çıxarın (qalarsa infeksiya riski 8 dəfə artır); taxmazdan əvvəl əllərinizi sabun və su ilə yuyun və qurudun; linzanı adi su ilə yumayın, yalnız xüsusi məhlul istifadə edin; həkim məsləhəti olmadan məhlulu dəyişdirməyin; linzanı ən azı üç ayda bir dəyişdirin; üzgüçülük və su təması zamanı çıxarın; göz həkiminə mütəmadi baş çəkin; linza taxarkən göz makyajından çəkinin. Hər bir linza yalnız bir nəfər tərəfindən istifadə edilə bilər.

← Bütün məqalələr Onlayn Növbə
Oxşar yazılar

Bunlar da maraqlı ola bilər